Əfran İsmayılovun klubu müəyyənləşdi

Əfran İsmayılovun klubu müəyyənləşdi
13:35 13-08-2019 | icon 33

“Keşlə” FK növbəti transferini reallaşdırıb. 

milletinsesi.info xəbər verir ki, “Keşlə” Futbol Klubunun rəhbərliyi ilə futbolçu Əfran İsmayılov arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 

Ə.İsmayılovla bağlanmış müqavilənin müddəti bir il təşkil edir.

Qeyd edək ki, Ə.İsmayılovun son klubu “Sumqayıt” FK olub.