Vladimir Putin Mehriban Əliyevanı təltif etdi

Vladimir Putin Mehriban Əliyevanı təltif etdi
13:20 13-08-2019 | icon 85

 Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif edib.

“RİA Novosti” xəbər verir ki, Mehriban Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmləndirilməsində xidmətlərinə görə bu ordenə layiq görülüb.

Bununla bağlı müvafiq qərar Rusiya prezidentinin rəsmi internet portalında dərc olunub.