Bərdədə otla dolu traktor qoşqusu yanıb - FOTO

Bərdədə otla dolu traktor qoşqusu yanıb - FOTO
00:50 13-08-2019 | icon 46

 Bərdə rayonunda yanğın hadisəsi qeydə alınıb.

Oxu.Az- ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə , hadisə rayonun Həsənqaya kəndi ərazisində qeydə alınıb.

"T-80" markalı traktorun qoşqusunun yanar hissələri və qoşquya yığılmış 300 ədəd ot bağlaması yanaraq kül olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.