“Miss Rusiya – 2019”un qalibi 33 yaşlı gözəl oldu - FOTO

“Miss Rusiya – 2019”un qalibi 33 yaşlı gözəl oldu - FOTO
17:00 11-08-2019 | icon 89

“Miss Rusiya – 2019” gözəllik müsabiqəsinin qalibi Gelencikdən olan 33 yaşlı Yekaterina Nişanova olub.

“RİA Novosti” xəbər verir ki, yarışmanın finalı Lyudmila Ryuminin rəhbərliyi ilə Moskva Mədəniyyət Folklor Mərkəzində keçirilib.

Bu il Rusiyanın hər yerindən 27 xanım finalçı “Miss Rusiya – 2019” adı uğrunda mübarizəyə qatılıb.

“Miss Rusiya Globe” nominasiyasında Kemerovadan Kseniya Krivko qalib gəlib.

O, Çində keçiriləcək “Mrs Qlobe” gözəllik yarışmasında Rusiyanı təmsil edəcək.

Qeyd edək ki, keçirilən “Miss Rusiya” gözəllik yarışmasına qatılan xaımların yaş kateqoriyası 22-43 yaş arasındadır.

Müsabiqədə əsas iki məcburi şərt qoyulub: pasportda bir nigahın qeyd olunduğu möhür və ən azı bir uşağın olması.

Rəşad Əliyev