Gənc qadın dərmandan zəhərləndi

Gənc qadın dərmandan zəhərləndi
00:25 11-08-2019 | icon 62

 Ağstafa rayonunda gənc qadın dərmandan zəhərlənib. 

milletinsesi.info-ın bölgə müxbirinin verdiyi xəbərə görə, Qıraq Kəsəmən kəndində yaşayan 1994-cu il təvəllüdlü yerli sakin Arzu Yusibova yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Yaxınları onun bilməyərəkdən mal-qara üçün nəzərdə tutulan dərmanı içdiyini bildirirlər.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.