Nəsimidə dörd yaşlı uşaq binadan yıxıldı

Nəsimidə dörd yaşlı uşaq binadan yıxıldı
00:40 10-08-2019 | icon 46

Bakının Nəsimi rayonunda azyaşlı binadan yıxılaraq xəsarət alıb.

milletinsesi.info xəbər verir ki, hadisə rayonun Hənifə Ələsgərova 11 ünvanında baş verib.

2015-ci il təvəllüdlü Məhərrəmov Hüseyn Kənan oğlu yaşadığı binadan yıxılaraq yaralanıb.

Bədbəxt hadusə zamanı xəsarət alan H.Məhərrəmov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.