NAZİM İBRAHİMOVUN OĞLU DA ŞİRKƏT YARATDI – Əmilərinin “təcrübəsindən” istifadə edəcəkmi?…

NAZİM İBRAHİMOVUN OĞLU DA ŞİRKƏT YARATDI – Əmilərinin “təcrübəsindən” istifadə edəcəkmi?…
18:38 09-08-2019 | icon 432

Vergilər Nazirliyi “Skypark” Mənzil-Tikinti Kooperativini dövlət qeydiyyatına alıb. “Report” nazirliyə istinadla xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ev 20, mənzil 22/23, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Elnur Nazim oğlu İbrahimovdur.

Söhbət Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədrinin oğlundan gedir.

“AzPolitika.info” qeyd edir ki, gənc İbrahimovun tikinti sektoruna maraq göstərməsi təsadüfi deyil. Onun əmiləri illərdir bu sektorda fəaliyyət göstərirlər – yaxşı ad çıxarmasalar da.

Məsələn, Nazim İbrahimovun qardaşı Sahib İbrahimov da tikinti şirkəti təsis edərək mənzil tikib satırdı. Sonradan S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı çoxsaylı faktlar ortaya çıxdı. Belə ki, vətəndaşlar müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərini ala bilmədikləri, bir mənzilin iki və daha artıq şəxsə satıldığı məlum olmuşdu.

sahib-ibrahimov

Buna görə S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri də seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.

haci ibrahim

Nazim İbrahimovun digər qardaşı İbrahim Nehrəmli isə (özünü Hacı İbrahim kimi təqdim edir) təkcə bir fırıldaq layihə ilə – “Xəzər adaları” layihəsilə dövlətin 800 milyondan artıq vəsaitini “göyə sovurub”.

Nazim İbrahimovun özünün isə Diasporla İş üzrə Dövlət Komitəsindən biznes maraqlarını reallaşdırmaq üçün istifadə etdiyinə, dövlətin bu sahəyə ayırdığı pulları təyinatından yayındırdığına dair konkret ittihamlar var…

Baxaq, görək oğlu nə edəcək?…

Xatırladaq ki, 1989-cu il yanvarın 23-də Naxçıvanda doğulan E.İbrahimov Londonda ali təhsil alıb. Onun adı hərbi xidmətdə olduğu dövrü istirahətdə keçirdiyinə dair məlumatlar və bunu təsdiqləyən fotolar yayılmışdı. Elnur İbrahimovun xidmət dövrünü hərbi hissədə yox, ayrı-ayrı istirahət mərkəzlərində, şəxsi təyyarəsində, müxtəlif xarici ölkələrdə keçirdiyi iddia olunurdu…

Bu fotolar Nazim İbrahimovun oğlunu ələ verdi: Adı hərbi xidmətdə, özü isə...- FOTOFAKT
Bu fotolar Nazim İbrahimovun oğlunu ələ verdi: Adı hərbi xidmətdə, özü isə...- FOTOFAKT
Bu fotolar Nazim İbrahimovun oğlunu ələ verdi: Adı hərbi xidmətdə, özü isə...- FOTOFAKT

 

AzPolitika.info