Qarabağ müharibəsi əlillərinə daha 50 avtomobil verildi - FOTO

Qarabağ müharibəsi əlillərinə daha 50 avtomobil verildi - FOTO
13:35 09-08-2019 | icon 105

Bu gün Qarabağ müharibəsi əlillərinə daha 50 avtomobil təqdim edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Nazir müavini Vüsal Nəsirli bildirib ki, 2019-cu ildə nazirlik tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi nəzərdə tutulub, hazırda təqdim olunanlar da daxil olmaqla, onlardan artıq 280 avtomobil verilib.

V.Nəsirli deyib ki, bununla da indiyədək müharibə əlillərinə 6424 minik avtomobili verilib.

Həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 2019-cu ildə azı 800 mənzil verilməsi  planlaşdırılıb, bu ilin ötən dövründə onlardan artıq 110 mənzil təqdim edilib. Ümumilikdə bu vaxta qədər 6764 şəhid ailəsi və müharibə əlili nazirlik tərəfindən mənzillə təmin olunub.