Rasim Balayev 71 yaşında: Qüruba doğru gedirik

Rasim Balayev 71 yaşında: Qüruba doğru gedirik
11:40 08-08-2019 | icon 68

Yaşlanmaq, 71 yaşını qeyd etmək hər insana qismət olmur. Allaha şükür edirəm ki, bu yaşıma çatmağı mənə nəsib edib.

Bu sözləri milletinsesi.info-a açıqlamasında bu gün doğum gününü qeyd edən “Şöhrət” ordeni laureatı, prezident təqaüdçüsü, Xalq artisti Rasim Balayev deyib.

O, bu yaşına çatdığı üçün sevindiyini, lakin yaşlaşmağın da mənfi tərəflərinin olduğunu bildirib:

“İstər-istəməz qüruba doğru gedirik. İllər keçir. Yavaş-yavaş yaşlaşırıq. Düzdür, yaşlaşmaq, 71 yaş hər insana qismət olmur. Amma yaşlaşmağın da başqa tərəfləri var. İnsanın xəstəlikləri, ağrıları, əziyyətləri artır. Allahın verdiyi ömrü gərək yaşayaq. Hər şeyə görə şükür etməliyik”. 

Xalq artisti hazırda səhhərinin yaxşı olduğunu qeyd edib:

“Çünki bundan da pis ola bilərdi. Əsas odur ki, özümü idarə edə bilirəm”. 

Rasim Balayev ona gələn təbriklərdən də danışıb:

“Bu gün telefon zənglərinə oyanmışam. Dostlar, tanışlar, bir çox aktyorlar təbrik edib. Hələ ki Alim Qasımov təbrik etməyib. Yəqin, gün ərzində zəng edər.

Hələ ki hədiyyə almamışam. Amma gözləmirəm də”.

R.Balayev 75 illik yubileyini isə təntənəli formada qeyd etməyə hazırlaşdığını nəzərə çatdırıb.