Bayrağımız tərsinə qoyuldu, nazir düzəltdi – VİDEO

Bayrağımız tərsinə qoyuldu, nazir düzəltdi – VİDEO
21:00 06-08-2019 | icon 156

Bu gün Türkiyənin Ordu şəhərində Azərbaycan, Gürcüstan və Türkiyənin kənd təsərrüfatı nazirlərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə hər üç ölkənin fındıqçılarının gələcək fəaliyyəti və əməkdaşlığı müzakirə edilib.

milletinsesi.info xəbər verir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimovun da qatıldığı tədbirdə diqqətçəkən hadisə yaşanıb. Belə ki, nazir qarşısındakı Azərbaycan bayrağının tərsinə qoyulduğunu görərək dərhal onu düzəldib. Nazirin bu addımı bir sıra media qurumlarının diqqətindən yayınmayıb. 



Qeyd edək ki, rəsmi görüş və tədbirlərdə asılan və yaxud qoyulan bayraqlarla bağlı öhdəlikləri tədbirin keçirildiyi dövlətin protokol şöbəsi məsuliyyət daşıyır.

Tədbir zamanı lentə alınan görüntüləri diqqətinizə çatdırırıq: