Bıçaqlanan baş həkimin böyrəyi çıxarıldı - Komadan ayıla bilmir

Bıçaqlanan baş həkimin böyrəyi çıxarıldı - Komadan ayıla bilmir
15:35 06-08-2019 | icon 210

Xəbər verdiyimiz kimi, Sumqayıtda yerləşən “Sum Modern Dental Clinic”də bıçaqlanma hadisəsi qeydə alınıb.Stomatoloji poliklinikanın həkimi Pərviz İbrahimov baş həkim Şahin Baxşəliyevi bıçaqlayıb.

Millətinsəsi.info xəbər verir ki, unikal.org-a Şahin Baxşəliyevin ailə üzvlərinin verdiyi məlumata görə, baş həkimin böyrəyi çıxarılıb:

" Şahin Baxşəliyev Sumqayıt şəhərində "Şəfqət" klinikasında müayinə olunandan sonra məlum olub ki, onun böyrəyi də zədələnib. Bundan sonra o Bakıda yerləşən özəl klinikalardan birinə yerləşdirilib və onun böyrəyi çıxarılıb. Hazırda onun həyatı təhlükəsi qalır. Çünki onun qanında laxtalanma var. Ona qan köçürülüb. Vəziyyəti ağır olaraq qalır, təzyiqi yuxarıdır".