Toyda kütləvi zəhərlənmənin səbəbi günortadan sonra bilinəcək

Toyda kütləvi zəhərlənmənin səbəbi günortadan sonra bilinəcək
10:30 06-08-2019 | icon 117

Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimində kütəvi zəhərlənmənin səbəbi günortadan sonra məlum olacaq.

Bunu milletinsesi.info-a Qəbələ rayon İcra Hakimiyyətinin Zərgərli rayonu üzrə nümayəndəsi Səməd Xəlilov deyib.

Onun sözlərinə görə, toy həyətdə keçirilib, yəni məhəllə toyu olub:

“Hazırda araşdırma gedir. Toy mərasimində qablaşdırılmış su və düşes içkisi olub. Eyni zamanda, istifadə edilən ət toy sahibinin şəxsi həyətində saxladığı heyvan əti olub. Hazırda hər birindən nümunələr götürülüb. Nəticələr günortadan sonra məlum olacaq”.

Qeyd edək ki, Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra Rayon Mərkəzi Xəstəxanasına müraciət edənlərin sayı 75 nəfər olub. Onlardan 16-sı qadın, 7-si uşaq, qalanları kişidir.