İntihara cəhd etmiş gənc yazar: Bəlkə elə bu gün özümü öldürdüm - VİDEO

İntihara cəhd etmiş gənc yazar: Bəlkə elə bu gün özümü öldürdüm - VİDEO
16:55 02-08-2019 | icon 156

27 yaşında olarkən intihar etmək istəyən gənc yazar Elşad Barat fikrindən son anda daşınıb. Uşaqları və həyat yoldaşı ilə sağollaşıb, daha sonra kəndiri götürərək özünü asmaq istəyib.  

Müsahibimiz bildirir ki, ölümə hazırlaşdığı anda ağlına gələn fikir onu ölümün pəncəsindən xilas edib. Həmin anda yaranan psixoloji basqıdan ayılaraq öz-özünə “axı niyə özümü öldürmək istəyirəm” sualını verib:

“İntihar anı sənə elə gəlir ki, ölmək yaşamaqdır. İntihar sanki uçuruma yaxınlaşmaqdır. Batan adam saman çöpündən yapışan kimi, düşünürsən ki, ölsən, qurtulacaqsan. Desəm ki, sabah intihar etməyəcəyəm, düz olmaz. Bəlkə elə bu gün elədim, axşama yaxın, sərin havada. Bilmək olmaz...”

- İntihar etmək istəyən şəxslərə nə demək istəyərdiniz?

- Çox boğaza yığılmısınızsa, intihar edin.

- Həmin günü necə xatırlayırsınız?

- İşə gedirsən, işdən gəlirsən. Səhər əlini yuyursan. İntihar sanki mənim gündəlik planıma düşmüşdü. Axşam oldu. Uşaqların yatmasını gözlədim. İki qızım vardı. Onlarla sağollaşdım. Hər şeyi planlaşdırmışdım. Həmin gün ən doğru seçimin bu olduğunu düşünürdüm. Qızlarıma lay-lay dedim, onları öpdüm. Hamı yatandan sonra keçdim intihar edəcəyim otağa. İpim də hazır idi, stulum da. Məni gözləyirdilər. İpi asdım tavana, çıxdım stula. Həmin anda ağlıma gələn şeiri yazmaq üçün əl saxladım. Düşündüm ki, gecə burada, mən burada. İçimi vərəqə boşaldandan sonra ayıldım, diksindim ki, mən neyləmək istəyirəm? Niyə intihar etmək istəyirəm? Özüm üçün yaşamıramsa, heç olmasa, qızlarım üçün, ailəm üçün yaşamalıyam. Şeirdən sona peşman oldum.

- Həmin gün hansı hisslər keçirmişdiniz?

- Həmin dəqiqələrdə heç bir hiss yaşamırdım. Robot kimi idim. Sanki uçurumun kənarında dayanmışdım və tələsirdim. Mənə elə gəlirdi ki, uçacağam və azadlığa çıxacağam. Amma elə olmur, uçmursan, yıxılırsan və ölürsən.

Müsahibimiz bu hadisədən sonra düşüncələrinin dəyişdiyini, intihara cəhd etmək və həyatdan vaz keçmək istədiyi üçün peşman olduğunu deyir:

“Nə yaxşı ki, intihar etməmişəm”.

Gənc yazar intihar edənlərin əslində ölmək yox, düşdüyü vəziyyətdən çıxmaq üçün özlərinə qəsd etmək istədiyini bildirir.

Son günlər ölkədə baş verən intiharlar, əsasən də 17 yaşlı qızın canına qəsd etməsi onu da sarsıdıb. Gənc insanın, əsasən də qız uşaqlarının özünü öldürməsində əsas valideynləri və cəmiyyəti günahlandırır.

İntihardan son anda xilas olan müsahibimiz insanlara, əsasən də gənclərə müraciət edərək bildirir ki, problemlər hamıda var. İntihar etmək çıxış yolu deyil. Yaşayıb mübarizə aparmaqdır.

İlhamə Kələyeva
Valeh Arifoğlu