Nazirlik küçədə qalan evsiz şəxsi sığınacağa yerləşdirdi - FOTO

Nazirlik küçədə qalan evsiz şəxsi sığınacağa yerləşdirdi - FOTO
22:25 01-08-2019 | icon 82

 Bakı şəhər sakini, 55 yaşlı Əliyev Etibar Nadir oğlunun daimi yaşayış yeri olmaması səbəbindən çətin həyat şəraitinə məruz qaldığını, stasionar şəraitdə sosial xidmətə ehtiyac duyduğunu öyrəndik.

milletinsesi.info xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.

“Facebook” hesabı vasitəsilə açıqlama verən nazirlik rəsmisi E.Əliyevin olduğu yerdən götürülərək, nazirliyin sığınacağına gətirildiyini deyib.

“Burada vətəndaş ilk tibbi müayinədən keçib, yeni geyim və isti qida ilə təmin olundu. E.Əliyev qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində sığınacaqda yaşayacaq. Burada qaldığı müddətdə onun normal həyat tərzinə qayıdışı, əmək qabiliyyətli olduğu üçün məşğulluq orqanları ilə birgə işlə təminatı üçün də müvafiq işlər görüləcək”, - deyə, E.Əliyev bildirib.