Batumi çimərliyində üç azərbaycanlı bıçaqlandı

Batumi çimərliyində üç azərbaycanlı bıçaqlandı
12:35 31-07-2019 | icon 88

Gürcüstanın Batumi çimərliyində üç azərbaycanlı bıçaqlanıb. 

milletinsesi.info xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Yaralılar təcili tibbi yardım xidmətinin əməkdaşları tərəfindən Batumi xəstəxanasına çatdırılıb. 

Batumi Təcili Yardım Mərkəzinin direktoru Bardi Paksadzenin sözlərinə görə, yaralılardan ikisinin vəziyyəti stabil, birinin isə orta ağırdır.

Gürcüstan Daxili işlər Nazirliyi hadisədə şübhəli bilinən şəxsi yaxalayıb. O, Gürcüstan vətəndaşıdır.

Hadisənin səbəbləri hələ məlum deyil.