Rostov vilayətində yol qəzasında ölən və yaralananların adları açıqlandı - SİYAHI

Rostov vilayətində yol qəzasında ölən və yaralananların adları açıqlandı - SİYAHI
08:30 30-07-2019 | icon 93

29 iyul 2019-cu il tarixində saat 08:10 radələrində Rusiya Federasiyasının Rostov vilayətində, M-4 “Don” avtomobil yolunun 958-ci kilometrində yol nəqliyyat hadisəsi baş verib.

milletinsesi.info-a xəbər verir ki, Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyi Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş idarəsinə istinadən ölən həmvətənlilərimizin adlarını açıqlayıb:

Allahverdili Eşqin Elxan oğlu - sürücü

Musayeva Zəmanə İsmayıl qızı - sərnişin

Qeyd olunan avtomobilin aşağıda adıçəkilən digər sərnişinləri müxtəlif dərəcəli xəsarətlər almış və Rostov vilayətinin Zverevo şəhərinin Mərkəzi xəstəxanasına yerləşdirilib:

Məmmədova Vaxilo Qərib qızı,

Cəfərova Nuran Yafi qızı,

Salayev Bəxtiyar Vatamur oğlu,

Gözəlov İlkin Heydər oğlu,

Rufullayev Rauf Faziq oğlu,

Təmirov Emil Affar oğlu,

Musayev Zaur Nazim oğlu,

Mustafayev Namaz İlham oğlu.

Səfirlik yaralanan həmvətənlərimizlə mütəmadi əlaqə saxlayır və məsələ nəzarətdədir.

Səfirlikdən qeyd ediblər ki, Rusiya tərəfinin təqdim etdiyi siyahıda sadalanan ad və soyadlarda qeyri-dəqiqlik ola bilər.