Şəhriyar Məmmədyarov üstünlükdən yararlana bilmədi

Şəhriyar Məmmədyarov üstünlükdən yararlana bilmədi
23:25 23-07-2019 | icon 58

Riqada FIDE-nin və “World Chess”in birgə təşkil etdiyi “Grand Prix 2019” seriyasının final oyunları davam edir.

milletinsesi.info xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov fransalı Maksim Vaşye-Laqravla ikinci görüşünü keçirib.

İlk oyunda ağ fiqurlarla qələbə qazanmış qrossmeysterimiz bu dəfə qara fiqurlarla məğlub olub.

Qalibi müəyyən etmək üçün sabah iki şahmatçı arasında tay-brek görüşü keçiriləcək.