Göyçayda iki “KamAZ” aşdı, “VAZ” əzildi: yaralı var - FOTO

Göyçayda iki “KamAZ” aşdı, “VAZ” əzildi: yaralı var - FOTO
12:05 23-07-2019 | icon 65

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

milletinsesi.info-ın bölgə müxbiri xəbər verir ki, bu gün səhər saatlarında Göyçay-Ucar avtomobil yolunun Üngütlü kəndi ərazisindən keçən hissəsində “KamAZ” markalı iki yük avtomobili və 23-BX-371 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik avtomobili toqquşub.

Nəticədə bir nəfər xəsarət alıb.

Yük avtomobillərinin hər ikisi aşdığı üçün yolda nəqliyyatın hərəkəti məhdudlaşıb.

Faktla bağlı araşdırma aparılır.

 

Nazir Quliyev