Bakıda külək ağacı kökündən qopardı - VİDEO

Bakıda külək ağacı kökündən qopardı - VİDEO
11:35 23-07-2019 | icon 65

Bu gün Bakının Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində ağac aşıb.

Hadisənin görüntüləri milletinsesi.info-ın mobil reportyor rubrikasına göndərilib.

Məlumata görə, hadisəyə səbəb güclü külək olub.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda güclü küləklə bağlı məlumat yayıb.