Qubada kafedə qanlı mübahisə - Bir nəfər qətlə yetirildi

Qubada kafedə qanlı mübahisə - Bir nəfər qətlə yetirildi
11:05 23-07-2019 | icon 93

Quba rayonunda qətl hadisəsi baş verib.

milletinsesi.info-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Aşağı Atuc kəndində qeydə alınıb.

Gecə saatlarında kənd ərazisindəki kafelərin birində mübahisə olub. Mübahisə zəminində Aşağı Xuc kənd sakini Babək Şükürov bıçaqlanaraq qətlə yetirilib.

İlkin məlumata görə, hadisəni əvvəllər məhkumluğu olmuş Cabir Əhmədxanov törədib.

Faktla bağlı araşdırma aparılır.