Rusiya bu ölkənin hava məkanını pozdu - Qırıcılar atəş açdı

Rusiya bu ölkənin hava məkanını pozdu - Qırıcılar atəş açdı
10:35 23-07-2019 | icon 71

Rusiyanın hərbi təyyarələri Yapon dənizi ərazisində Cənubi Koreyanın hava məkanını iki dəfə pozub.

Bu iddia ilə “Yonhap” agentliyi çıxış edib.

Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin məlumatına görə, buna cavab olaraq Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri havaya qaldırılıb.

Qırıcılar xəbərdarlıq atəşləri açıblar.