Kəmaləddin Heydərovun "Gilan Holding” şirkəti cərimələnib?

Kəmaləddin Heydərovun "Gilan Holding” şirkəti cərimələnib?
16:51 22-07-2019 | icon 508

Maliyyə Bazarlarına Nəzarət Palatası ölkənin böyük holdinqlərindən biri "Gilan Holding” MMC-ni xaric ilə valyuta əməliyyatları ilə bağlı nöqsana görə cərimələməsinin icrasına xitam verilib. 

“Millətinsəsi.info” Banker.az-a istinadən xəbər verir ki, 17 iyul 2019-cu il tarixdə Yasamal Rayon Məhkəməsində "Gilan Holding”i Palata 430.4-cü maddəsi ilə inzibati iş üzrə cərimələyibmiş. Məslə ilə bağlı şikayətə sabah Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Cərimə məbləğinin hansı valyuta və ya məbləğdə olunmasına dair heç bir detallar açıqlanmlr.

Adıçəkilən məcəllənin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Məsələ ilə bağlı "Gilan Holding"dən redaksiyamıza açıqlama daxil olub. Açıqlamada bildirilir: 

"Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən “Gilan Holding”-in xaric ilə valyuta əməliyyatları ilə bağlı nöqsana görə cərimələnməsi barədə yayılmış yanlış məlumata dair təkzib olaraq bildiririk: belə ki, həqiqətən Palata tərəfindən “Gilan Holding” MMC-yə inzibati Protokol tərtib edilmiş, lakin daha sonra sözügedən Protokol Yasamal rayon Məhkəməsi tərəfindən ləğv olunmuşdur. Palata tərəfindən həmin qərardan Bakı Apelyasiya Məhkəməsinə şikayət verilib.

Bu səbəbdən Holdinqin cərimələnməsi barədə yayılmış məlumat əsassız olaraq, böhtan xarakteri daşıyır.

Eyni zamanda, bildiririk ki, yazılarda qeyd olunduğu kimi Cəmiyyətin “Azsığorta” kimi maliyyə qurumlarında əsas səhmdar olması barədə məlumat, həmçinin həqiqətə uyğun deyildir.

Qeyd olunanlarla əlaqədar bildirmək istəyirik ki, “Gilan Holding”-in işgüzar nüfuzuna xələl gətirəcək böhtan və təsdiq olunmamış məlumatların yayılması gələcəkdə məhkəmə qaydasında həll olunacaqdır.

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən, bu təkzib məktubunun dəyişiklik edilmədən yayımlanması xahiş olunur."

Xatırladaq ki, "Gilan Holding” turizm, tikinti və sənaye sektoru üzrə bir neçə törəmə şirkətlərə sahibdir. Holdinq 2019-cu ilə qədər "AFB Bank” və "Azsığorta” kimi maliyyə qurumlarında əsas səhmdar idi.

Şirkətin sahibi Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur.