Bakıda EYOF üçün gələn dörd əcnəbiyə tibbi yardım göstərildi

Bakıda EYOF üçün gələn dörd əcnəbiyə tibbi yardım göstərildi
10:45 22-07-2019 | icon 62

İyulun 19-dan 22-dək XV Avropa Olimpiya Gənclər Festivalının (EYOF) keçirildiyi məkanlarda növbətçilik çəkən təcili tibbi yardım briqadalarına ümumilikdə 18 müraciət daxil olub.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, çağırışlar Atletlər kəndi, qonaqların qaldığı hotellər, yarışların keçirildiyi idman arenaları, Dövlət Bayrağı Meydanı ərazisi, Bakı Kristal Zalı və İdman Akademiyasından daxil olub.

Müraciət edənlərdən üçü Kliniki Tibbi Mərkəzə, bir nəfər isə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Qalanlarına yerində yardım göstərilib. Onların dördü xarici ölkə, digərləri isə Azərbaycan vətəndaşlarıdır.