Netanyahu rekord vurdu

Netanyahu rekord vurdu
10:15 22-07-2019 | icon 37

Benyamin Netanyahu İsrailin Baş naziri vəzifəsində fəaliyyət müddətinə görə rekord müəyyənləşdirib.

“İnterfaks” xəbər verir ki, B.Netanyahu 2009-cu il martın 31-dən İsrail hökumətinə başçılıq edir.

O, ilk dəfə 1996-1999-cu illərdə Baş nazir vəzifəsində çalışıb.

ABŞ Prezidenti Donald Tramp onu bu nailiyyət münasibətilə “Twitter” səhifəsində təbrik edib:

“İsrail tarixində Baş nazir postunda ən uzun müddət çalışdığına görə təbriklər, Netanyahu. İsrail Sizin rəhbərliyiniz altında dünya səviyyəli iqtisadiyyata malik ölkəyə çevrilib”.