Antalyada azərbaycanlının meyiti tapıldı - Bir ildir işsiz olub

Antalyada azərbaycanlının meyiti tapıldı - Bir ildir işsiz olub
10:05 22-07-2019 | icon 96

Türkiyənin Antalya şəhərinin Muratpaşa rayonunda azərbaycanlının meyiti tapılıb. 

milletinsesi.info xəbər verir ki, meyit Üçgen məhəlləsindəki binalardan birinin birinci mərtəbəsindəki mənzildə aşkar edilib. 

Bildirilir ki, 60 yaşlı şəxsin adı Şirindir. Ondan xəbər ala bilməyən ev sahibi polisə müraciət edib və evə gələn polis meyiti yataqda aşkarlayıb.

Məlumata görə, arvadı və uşaqları Azərbaycanda olan Şirin 5-6 ildir Antalyada tək yaşayıb. O, burada rəngsazlıqla məşğul olub və son bir ildə işsiz qalıb. Qonşuları və bələdiyyə nümayəndələri hər gün onu yeməklə təmin edib.