Alla Puqaçova Latviyada 450 minlik mənzil aldı - FOTO/VİDEO

Alla Puqaçova Latviyada 450 minlik mənzil aldı - FOTO/VİDEO
09:55 22-07-2019 | icon 100

SSRİ Xalq artisti, məşhur müğənni Alla Puqaçova elit məkanların birində bahalı mənzil alması ilə gündəmə gəlib.

Komsomolskaya pravda”nın xəbərinə görə, gizli mənbə Allanın Latviyanının kurort şəhəri Yurmalanın elit məhəlləsində dəyəri 450 min avro olan dəbdəbəli dörd otaqlı mənzil aldığını açıqlayıb. Bununla da müğənni Latviyada yaşama icazəsi alıb.

Lakin A.Puqaçovanın yaxın ətrafı bu xəbərin həqiqətə uyğun olmadığını bildiriblər.

Rəşad Əliyev