“Niva” ilə “VAZ” toqquşdu: ölən və yaralılar var

“Niva” ilə “VAZ” toqquşdu: ölən və yaralılar var
09:30 22-07-2019 | icon 44

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

milletinsesi.info-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 381 km-də qeydə alınıb.

“Niva” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”ın sürücüsü - 37 yaşlı Gəncə sakini Rahib Zeynalov ölüb. “Niva”nın sürücüsü, 80 yaşlı Telman Gülməmmədov isə ağır xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. T.Gülməmmədovun vəziyyətinin ağır olduğu bildirilir. Digər üç yaralının xəsarəti yüngül olduğundan ambulator müayinə olunaraq evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.