Bakının bu iki ərazisi işıqsız qalacaq

Bakının bu iki ərazisi işıqsız qalacaq
09:10 22-07-2019 | icon 64

Bu gün Pirşağı qəsəbəsi və Ləhic bağları ərazisində işıq olmayacaq.

Bunu milletinsesi.info-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Bildirilib ki, bu gün saat 10:00-dan 14:30-a qədər Pirşağı qəsəbəsi və Ləhic bağları ərazisində elektrik enerjinin verilişində fasilə yaranacaq.

T.Mustafayevin sözlərinə görə, fasilə həmin ərazilərdə elektrik xətlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır.

Könül Cəfərli