ABŞ “kosmik turist”lərə görə Rusiya ilə rəqabətə girdi

ABŞ “kosmik turist”lərə görə Rusiya ilə rəqabətə girdi
06:45 22-07-2019 | icon 98

Amerikanın idarəetmə gəmiləri tərəfindən turistlərlə birgə 2020-2021-ci illərdə Beynəlxalq Kosmik Stansiyasına (BKS) üç uçuşun həyata keçiriləcəyi nəzərdə tutulur.

RİA Novosti” xəbər verir ki, NASA 2020-ci ildən başlayaraq ildə iki dəfə Amerika gəmilərində “kosmik turistləri” BKS-ya yollamağı planlaşdırır.

Bunun üçün ABŞ istehsalı olan “Crew Dragon” və “Starliner” gəmilərindən istifadə olunacaq.

NASA-nın maliyyə direktoru Ceff Devit qeyd edib ki, BKS-də bir aylıq uçuş turistə 59 milyon dollardan artıq başa gələcək.

Bildirilir ki, Amerika gəmilərinin turistlərlə BKS-yə təqribən bir ay davam edəcək uçuşları 2020-ci ilin oktyabrına, 2021-ci ilin martına və avqustuna planlaşdırılıb. Hər gəmi stansiyaya üçədək turist daşıya biləcək.

İndiyədək turistlər BKS-yə yalnız Rusiyanın “Soyuz” gəmilərində uça bilirdilər. “Space Adventures” şirkəti ilə bağlanılan saziş üzrə 2001-2009-cu illərdə “Soyuz” gəmilərində stansiyaya yeddi turist, o cümlədən iki dəfə amerikalı Çarlz Simoni çatdırılıb. “Soyuz” gəmilərində BKS-yə 10 sutkalıq uçuş üçün turistlərdən müxtəlif illərdə 25-50 milyon dollar həcmində vəsait tələb olunub.