Almaniyanın yeni döyüş maşınını “dibsiz çəllək” adlandırdılar

Almaniyanın yeni döyüş maşınını “dibsiz çəllək” adlandırdılar
04:25 22-07-2019 | icon 107

Almaniyanın yeni “Puma” zirehli maşınını layihənin dəfələrlə bahalaşdığına görə “dibsiz çəllək” adlandırıblar.

Almaniya hökümətinin hesablaması göstərir ki, əvvəlcədən 2,9 milyard avro dəyərində nəzərdə tutulan layihə hazırda 2 dəfə bahalanıb.

Buna baxmayaraq Krauss-Maffei Wegmann (KMW) və Rheinmetall-Landsysteme (RLS) konsernləri 350 döyüş maşınının istehsalı ilə məşğuldurlar.

Hər PDM-ın qiyməti təxminən 7 milyon avro təşkil edir.