Gürcüstanda erməni kilsəsi qarət olundu

Gürcüstanda erməni kilsəsi qarət olundu
03:25 22-07-2019 | icon 39

Gürcüstanın Axaltsixe şəhərində yerləşən erməni apostol kilsəsi qarət olunub.

Nor.ge xəbər verir ki, səhər kilsəyə gələn keşiş ianələr üçün nəzərdə tutulan yeşiyin boş olduğunu görüb.

İbadət yerindən təxminən 200 lari pul, ikona və xaçlar da aparılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.

Bildirilir ki, qarətçinin şəxsiyyəti müəyyən olunub və onun saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.