Qadını ərinin telefonundan sms köçürdüyünə görə cəzalandırdılar

Qadını ərinin telefonundan sms köçürdüyünə görə cəzalandırdılar
02:30 22-07-2019 | icon 96

Birləşmiş Ərəb Əmirliklərində ərinin telefonundan icazəsiz sms-yazışmanı köçürdüyünə görə arvadı 3 min dirxəm (1500 manat) cəriməyə məhkum etdilər.

Khaleej Times xəbər verir ki, bunu qadın ərini xəyanətdə şübhələndiyindən edib.

Kişi isə öz şəxsi həyatına müdaxilə etdiyinə görə arvadını məhkəməyə verib.

Ras-el-Xaymın məhkəməsi prokurorluqdan tələb edib ki, kişini və sözügedən yazışmada iştirak edən digər qadını sorğu-sual etsin.