Cəlilabadda bir nəfər göldə batdı

Cəlilabadda bir nəfər göldə batdı
02:00 22-07-2019 | icon 177

Cəlilabad rayonunda bir nəfər göldə boğulub.

milletinsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Məlumata görə, Cəlilabad rayonunun Gülməmmədli kəndində, süni göldə bir nəfər batıb. 

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.