“S-400”ləri yaradan bu azərbaycanlıdır - FOTO

“S-400”ləri yaradan bu azərbaycanlıdır - FOTO
09:35 18-07-2019 | icon 106

Türkiyənin Rusiyadan aldığı, dünyanın ən yaxşı hava hücumundan müdafiə sistemlərindən biri olanraketlərini azərbaycanlı İqor Aşurbəyli yaradıb.

Bununla bağlı “Yeni Akit” material dərc edib.

Məqalədə qeyd edilir ki, Rusiyanın ən gizli şirkəti olan “Almaz-Antey”in İdarə Heyətinin rəhbəri, Rusiya hərbi sənayesinin istehsal etdiyi “S-300 Favorit” və “S-400 Triumf” raket müdafiə sistemlərinin yaradıcısı və istehsalçısı Azərbaycan əsilli İqor Aşurbəylidir.

Məsələ ilə bağlı Rusiya Araşdırmalar İnstitutu da sosial media hesabında paylaşım edib:

“İqor Aşurbəyli Rusiyada azərbaycanlı əsilli elm adamıdır. “S-300” və “S-400”ün yaradıcısıdır”.

Qeyd edək ki, İ.Aşurbəyli 1963-cü ildə Bakıda doğulub. Mühəndisdir və Azərbaycan tarixində xüsusi xidmətləri olan Aşurbəylilər nəslindəndir. Rusiyada qurduğu enerji şirkətinin illərlə rəhbəri olub. 2016-cı ildə UNESCO tərəfindən nanotexnologiya sahəsindəki xidmətlərinə görə medalla təltif olunub.

Xatırladaq ki, Türkiyənin uzaq mənzilli raket müdafiə sistemini gücləndirmək üçün hazırda Rusiyadan “S-400” zenit-raket komplekslərinin tədarükünü davam etdirir.