Çimərliklərdə 5 xarici vətəndaş xilas olunub

Çimərliklərdə 5 xarici vətəndaş xilas olunub
08:50 17-07-2019 | icon 50

Novxanı və Şıx çimərlik və qeyri-çimərlik (nəzarətsiz) ərazidə altı nəfər çimərkən batma təhlükəsilə üzləşib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxslərin həyatı xilas edilib.

Xilas edilən şəxslərdən 5 nəfəri xarici ölkə vətəndaşı olub.