Kərbalayev bundan sonra şikayətləri araşdıracaq

Kərbalayev bundan sonra şikayətləri araşdıracaq
21:30 16-07-2019 | icon 57

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəisi İbrahim Kərbalayevin yeni vəzifəsi bəlli olub.

milletinsesi.info-ın əldə etdiyi məlumata görə, İ.Kərbalayev bundan sonra “Azəriqaz”ın Şikayətlərin araşdırılması şöbəsinin rəisi vəzifəsində çalışacaq.

Xatırladaq ki, İstehsalat Birliyinin direktoru Əkbər Hacıyevin əmri ilə İ.Kərbalayev qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad edilib, bu posta isə ATV telekanalının aparıcısı Ceyhun Səfərov təyinat alıb.