Ələtdə ailə faciəsi: Baba və nəvə dənizdə boğuldu

Ələtdə ailə faciəsi: Baba və nəvə dənizdə boğuldu
19:30 16-07-2019 | icon 98

Ələt qəsəbəsində ailə faciəsi baş verib.

milletinsesi.info xəbər verir ki, qəsəbənin “Yanar dağ” adlanan ərazisində 15 yaşlı Ləman Orucova dənizdə çimərkən boğulub.

Hadisəni görən Ləmanın 70 yaşlı babası Əmrağa Orucov nəvəsini xilas etmək istəyərkən özü də boğulub.

Səhiyyə nazirliyindən milletinsesi.info-a verilən məlumata görə, dərhal Təcili Tibbi Yardım çağrılsa da, həkim briqadası hadisə yerinə gələnə qədər hər iki şəxs keçinib.

Faktla əlaqədar hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.