Qazaxstanda latın əlifbasına keçid daha 10 il uzana bilər

Qazaxstanda latın əlifbasına keçid daha 10 il uzana bilər
05:20 16-07-2019 | icon 43

Qazaxstanda latın əlifbasına keçid dövlət başçısının müəyyən etdiyi vaxtdan daha 10 il uzana bilər.

Ölkənin diplomatik dairələrindən “İzvestiya” qazetinə bildiriblər ki, tam keçid 2030-35-ci illərə kimi davam edə bilər.   

Qazaxstanın xarici işlər nazirinin müavini Roman Vasilenko latın əlifbasına keçidin zərurətindən danışaraq bunun beynəlxalq içtimayyətə inteqrasiyası üçün edildiyini açıqlayıb. O həmçinin bildirib ki, latın əlifbasına keçid ölkədə rus dilinin statusuna heç bir təsir göstərməyəcək.

Hökumətin əvvəlki planlarına əsasən, 2021-ci ilə kimi kirill qrafikası pasportlardan yox olmalıdır, 2024 ilə qədər isə dövlət orqanlarının sənəd mübadiləsi tam latın qrafikasına keçməli idi.