Zelenski dənizə girdi, sosial şəbəkədə fikirlər haçalandı - VİDEO

Zelenski dənizə girdi, sosial şəbəkədə fikirlər haçalandı - VİDEO
01:45 16-07-2019 | icon 56

Ukrayna Prezidenti Vladimir Zelenski növbəti dəfə sosial şəbəkədə tənqidlərə məruz qalıb. 

milletinsesi.info urkayna mətbuatına istinadən xəbər verir ki, buna səbəb dövlət başçısının səfərə yollandığı Odessa şəhərində çimərliyə gedib, dənizə girməsi olub.

Çimərlik ərazisinə gələn Zelenski yerli əhali ilə söhbət edib, daha sonra Administrasiya rəhbəri və digər iş adamları ilə birlikdə dənizə girib.

Onun bu addımı isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi izləyicilər bu hərəkətin prezidentə yaraşmadığını bildiribsə, digərləri Zelenskiyə tərəf çıxıb.

Qeyd edək ki, bir müddət öncə Ukrayna Prezidenti Vladimir Zelenskinin fontanın üzərindən qaçaraq keçməsi ətrafdakı insanlar tərəfindən təəccüblə qarşılanıb.

Teatr meydanında fontanın üzərində qaçan Vladimir Zelenskini cangüdənləri müşayiət edib. Onun bu hərəkəti də sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmamışdı.

Rəşad Əliyev