Azərbaycanlı Rusiyada miqrasiya qanununu pozdu - Müəmmalı şəkildə öldü

Azərbaycanlı Rusiyada miqrasiya qanununu pozdu - Müəmmalı şəkildə öldü
12:20 15-07-2019 | icon 107

Rusiyanın Naberejnıe Çelnı şəhərində Daxili İşlər Nazirliyi yanında Əcnəbi vətəndaşların müvəqqəti saxlanma mərkəzində 55 yaşlı Azərbaycan vətəndaşının cəsədi tapılıb.

Bunu yerli İstintaq şöbəsinin müdir müavini İldar Şakirov deyib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşı ölümündən əvvəl qarın nahiyəsindəki ağrılardan şikayətlənib.

Azərbaycanlının ölüm səbəbi məhkəmə-tibbi ekspertizası aparıldıqdan sonra məlum olacaq. O, miqrasiya qanunvericiliyini pozduğuna görə mərkəzdə saxlanılırdı.

Fakt üzrə təhqiqat aparılır.