Kim Çen In rəsmən KXDR-nın başçısı elan edildi

Kim Çen In rəsmən KXDR-nın başçısı elan edildi
04:25 13-07-2019 | icon 78

KXDR-da konstitusiyaya əlavələr edildikdən sonra Kim Çen In ilk dəfə olaraq dövlət başçısı elan olunub. 

Bu barədə “Yonhap” məlumat verir.

Konstitusiyanın yeni versiyasına əsasən, KXDR-nın rəhbərinə yeni vəzifə də verilir. Belə ki, Kim Çin In indi “ölkəni təmsil” etməlidir.

Qeyd edək ki, bu vəzifəni əvvəllər Şimali Koreyanın xalq məclisinin Ali rəyasət heyətinin sədri Çhve Ren He  icra edirdi.