Dubay əmirinin qaçan arvadı ilə bağlı yeni iddia - FOTO

Dubay əmirinin qaçan arvadı ilə bağlı yeni iddia - FOTO
11:15 12-07-2019 | icon 81

BƏƏ-nin Baş naziri, Dubay əmiri Məhəmməd ibn Rəşid əl-Maktumun İngiltərəyə qaçan arvadı Həyya bint əl-Hüseynin sevgi münasibətləri olduğu şəxsin kimliyi məlum olub.

Daily Mail” xəbər verir ki, həmin şəxs ingiltərəli hərbçi Rassel Flouerdir.

Beş il şeyx ailəsində mühafizəçi işləyən R.Flouer qalmaqallı hadisə ilə bağlı şərh verməkdən boyun qaçırıb.

Qeyd edək ki, ingiltərəli ötən il rəsmi şəkildə həyat yoldaşı ilə ayrılıb.

Rəşad Əliyev