Gömrük əməkdaşları Nərimanovun yeganə varisinə ŞOK YAŞATDILAR — "Sınıq Körpü"də BİABIRÇILIQ

Gömrük əməkdaşları Nərimanovun yeganə varisinə ŞOK YAŞATDILAR — "Sınıq Körpü"də BİABIRÇILIQ
00:03 12-07-2019 | icon 394

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Nəriman Nərimanovun yeganə varisi Əliababa Nərimanov Vətənə gəlib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Nəriman Nərimanovun qardaşı oğlu olan 88 yaşlı Əlibaba Nərimanov Azərbaycan ərazisinə daxil olarkən "Sınıq Körpü" gömrük postunda problem yaşayıb. 

Belə ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məsul əməkdaşları Şimali Osetiya vətəndaşı olan Əlibaba Nərimanova məxsus "VAZ 2106" markalı avtomobil üçün nəzərdə tutulan gömrük rüsumunun əvəzinə ondan "Mercedes-Benz" markalı avtomobil üçün nəzərdə tutulan 4800 rus rublu (təqribən 125 manat) pul alıblar. 

Image result for Səfər Mehdiyev Qırmızı körpü

Həmçinin, ona məxsus olan "VAZ 2106" markalı avtomobil "Mercedes-Benz" markası kimi sənədləşdirilib. 

Daha sonra Əlibaba Nərimanov Yevlax şəhərinə yola düşüb.  

Qeyd edək ki, Nəriman Nərimanovun qardaşı Təhməz Nərimanovun oğlu olan Əlilababa Nərimanov 1933-cü ildə Saatlı rayonunda anadan olub. O, SSRİ Təhlükəsizlik Xidmətinin ehtiyyatda olan əməkdaşıdır.