Ağdamda 17 yaşlı gənc göldə boğuldu

Ağdamda 17 yaşlı gənc göldə boğuldu
22:10 11-07-2019 | icon 70

Ağdam rayonunda bədbəxt hadisə baş verib.

milletinsesi.info-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Baharlı 2 qəsəbəsində baş verib.

Rayon sakini, 2002-ci il təvəllüdlü Elmir Quliyev qəsəbə ərazisindəki göldə çimərkən boğulub.

17 yaşlı gəncin meyitinin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.