Gürcüstanda sel və dolu soydaşlarımıza ziyan vurdu - FOTO/VİDEO

Gürcüstanda sel və dolu soydaşlarımıza ziyan vurdu - FOTO/VİDEO
21:40 11-07-2019 | icon 70

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunda güclü yağış və dolu əhaliyə ziyan vurub.

milletinsesi.info xəbər verir ki, bu gün rayonun bir çox kəndlərinə gün ərzində yağan intensiv yağış selə səbəb olub.

Xüsusilə də rayonun Faxralı kəndi təbiət hadisəsindən əziyyət çəkib.

Dolu və sel əkin sahələrinə, meyvə ağaclarına zərər verərək, orda yaşayan soydaşlarımıza ciddi ziyan vurub.

Faxralı kəndinən çəkilmiş görüntüləri təqdim edirik.