Gündə nə qədər şokolad yemək olar? - Həkim rəyi

Gündə nə qədər şokolad yemək olar? - Həkim rəyi
21:05 11-07-2019 | icon 49

Həkimlər sağlamlığa ziyan vurmadan hər gün nə qədər şokolad yeməyi müəyyənləşdiriblər.

“RİA Novosti” xəbər verir ki, ekspertlərin hesablamalarına əsasən, hər gün qara şokolad plitkasının yarısını yemək olar.

Bununla belə, həkimlər bildirirlər ki, şokoladı günün birinci yarısında yemək daha yaxşıdır. Şokoladın tərkibindəki kakaonun miqdarı isə 50 faizdən aşağı olmamalıdır.

Ekspertlərin fikrincə, insan sağlamlığı üçün qara şokolad südlü şokoladdan daha faydalıdır.

Həkimlər mədəaltı vəzi xəstəliyi olan şəxslərin şokolad qəbul etməməli olduğunu da qeyd edirlər.