Tibbi xidmət göstərilmədiyi deyilən vərəm xəstəsinin atası danışdı - FOTO

Tibbi xidmət göstərilmədiyi deyilən vərəm xəstəsinin atası danışdı - FOTO
17:45 11-07-2019 | icon 214

Sosial şəbəkələrdə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkimlərin gənc oğlana yardım etməkdən imtina etməsinə dair xəbər yayılıb.

milletinsesi.info xəbər verir ki, məlumat Vüsalə Əlizadə adlı sosial şəbəkə istifadəçisi tərəfindən səhifələrdən birində paylaşılıb.

İddia edilir ki, fotoda gördüyünüz gənc vərəm xəstəsidir. Valideynlərinin pulu olmadığından heç bir həkim oğlana yaxın durmur. Gəncin ciyərlərinə su yığıldığı və vəziyyətinin ağırlaşması səbəbindən Bakıya göndərildiyi iddia edilir.

Səhiyyə Nazirliyindən milletinsesi.info-a məsələ ilə bağlı rəsmi münasibət bildirilib. Qeyd olunub ki, həmin şəxsin atası ərizə yazaraq xəstxanadan şikayətçi olmadığını və hadisələrin təhrif olunaraq cəmiyyətə təqdim edildiyini bildirib:

“Mən Kərimov Kərim Nadir oğlu oğlum Kərimov Sahili Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna taksi ilə gətirdim. Sabirabad rayonundan gəldiyimiz və yolumuz uzaq olduğu üçün oğlumun vəziyyəti yolda ağırlaşdı. Ürəyi bulandı, başı gicəlləndi. Sürücü bizi xəstəxananın qapısında düşürüb getdi. Mən oğlumu pilləkənlərə söykədim və həkimlərdən kömək etmələrini istədim. Növbətçi həkim bizə xərək gətirdi və liftlə oğlumu şöbəyə qaldırdılar. Şöbədə cərrah Məsud həkim tərəfindən uşağıma zəruri tibbi yardım göstərildi. Uşağımın vəziyyəti yaxşılaşdı. İnstitutun əməkdaşlarına qarşı heç bir iradım yoxdur”.

Məsələ ilə bağlı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutun həkim-pulmonoloqu Əliyeva Günay Fəxrəddin qızı da izahat yazıb. O, izahatında xəstəyə pnevmoplevrit diaqnozu qoyulduğu üçün Döş qəfəsi cərrahiyyəsi şöbəsinə yerləşdirildiyini bildirib: