Neftçalada qəza: bir nəfər öldü

Neftçalada qəza: bir nəfər öldü
14:15 11-07-2019 | icon 117

Neftçalada bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

milletinsesi.info-ın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Kürqarabucaq kəndi ərazisində qeydə alınıb.

10-XR-605 dövlət nömrə nişanlı, “Mercedes” markalı maşın idarəetməni itirərək, yolun kənarına aşıb.

İlkin məlumata görə, qəza zamanı bir nəfər hadisə yerində həyatını itirib. Yaralılar var.

Faktla bağlı araşdırma aparılır.