Biləsuvarda qadın qarpızdan zəhərlənib ölüb? - Yeni ana olubmuş

Biləsuvarda qadın qarpızdan zəhərlənib ölüb? - Yeni ana olubmuş
11:45 11-07-2019 | icon 130

Biləsuvarda qarpızdan zəhərləndiyi deyilən qadının ölümü ilə bağlı yeni iddia səsləndirilib.

Bundan əvvəl “Qafqazinfo” məlumat vermişdi ki, ötən gün İsmətli kənd sakini 27 yaşlı Cəmilə Əlizadə qarpız yedikdən sonra zəhərlənərək gecə saatlarında vəfat edib.

Biləsuvar Rayon İcra Hakimiyyətindən milletinsesi.info-ın bölgə müxbirinə isə bildiriblər ki, C.Əlizadənin ölümünə zəhərlənmə səbəb olmayıb.

Qeyd olunub ki, iki ay əvvəl doğuş zamanı onun qanında zəhərlənmə aşkarlanıb. Qadın uşaq dünyaya gətirdikdən sonra müalicə alırmış. O, xəstəlikdən dünyasını dəyişib.

Səhiyyə Nazirliyindən isə bildirilmişdi ki, mərhumun yaxınları ölümün dəqiq səbəbini müəyyənləşdirmək üçün meyitin Məhkəmə Tibbi-Ekspertiza və Potoloji Anatomiya Birliyinə təhvil verilməsinə etiraz ediblər. Bu səbəbdən də ölümün dəqiq səbəbini müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.