Hollivud ulduzu model həmcinsi ilə nişanlandı - FOTO

Hollivud ulduzu model həmcinsi ilə nişanlandı - FOTO
23:05 10-07-2019 | icon 89

Model Kara Delevin və onun 29 yaşlı sevgilisi, “Sevimli yalançılar” serialının ulduzu Eşli Benson San-Tropedə əl-ələ gəzərkən paparatsilərin kamerasına tuş gəliblər.

milletinsesi.info xəbər verir ki, iki məşhur alış-veriş mərkəzlərindən birindən çıxarkən ətrafdakıların diqqətini cəlb edib.

Cütlüyün bir-birinə olan səmimi jestləri və adsız barmaqlarındaki eyni üzüklər onlar haqda gəzən dedi-doquları daha da gücləndirib.

Görənlər Kara ilə Eşlinin gizlincə nişanlandıqlarına eyham vursalar da, cütlük bu xəbərləri şərh etməyib.

Qeyd edək ki, Delevin ilə Benson artıq uzun müddətdir ki eşq yaşayırlar. Onlar tədbirlərə birlikdə qatılır və bir-birinə bəslədikləri səmimi münasibətlərini açıq aydın nümaiş etdirməkdən çəkinmirlər.

Rəşad Əliyev